XİDMƏTLƏR

Soulmind Psixodiaqnostika Paketləri

Gələcəyinizi təsadüfə deyil, elmi analizə həvalə edin!

Soulmind Psixodiaqnostika Paketləri

SOULMIND KOMPLEKS QİYMƏTLƏNDİRMƏ PAKETİ

Məktəb yaşlı uşaqların və yeniyetmələrin necə düşündüyünü, öyrəndiyini və öz potensialını necə reallaşdırdığını dərinləməsinə anlamaq üçün kompleks qiymətləndirmə.

Koqnitiv Qiymətləndirmə — Uşağın diqqət davamlılığı, işlək yaddaş həcmi, məntiqi-məkan düşüncəsi və planlaşdırma mexanizmlərinin müasir rəqəmsal psixometrik alətlərlə obyektiv təhlili.

Öyrənmə və Akademik Bacarıqların Analizi — Məktəb dərslərində yaşanan ləngimələrin, diqqətsizliyin və qavrama çətinliklərinin əsl idrakı kökünün aşkar edilməsi və uşağın ən effektiv fərdi öyrənmə tərzinin təyini.

Emosional və Davranış Qiymətləndirməsi — Yaş dövrünə uyğun emosional adaptasiya, həyəcan-təşviş səviyyəsi, özünütənzimləmə bacarıqları və sosial davranış dinamikasının nəzərdən keçirilməsi.

Valideynlə Konsultasiya — Bütün qiymətləndirmə nəticələrini əks etdirən geniş rəsmi hesabatın təqdim olunması, uşağın potensialının izahı və fərdi inkişaf yol xəritəsinin valideynə ötürülməsi.

Müəllimlə Konsultasiya — Uşağın məktəb mühitindəki akademik uğurunu və emosional rahatlığını dəstəkləmək üçün müəllimlə birgə doğru yanaşmanın qurulması.

💳 PAKET QİYMƏTİ: 1 200 AZN

SOULMIND EMOSİONAL, DAVRANIŞ VƏ SENSOR PROFİL PAKETİ

Uşağın emosional reaksiyalarını, davranış xüsusiyyətlərini, sosial münasibətlərini və ətraf mühitdən gələn stimullara həssaslığını dərinləməsinə anlamaq üçün xüsusi qiymətləndirmə. (Tez qıcıqlanan, emosiyalarını idarə etməkdə və sosial mühitə adaptasiyada çətinlik çəkən uşaqlar üçün nəzərdə tutulmuşdur).

Emosional və Sosial Davranış Qiymətləndirməsi — Uşağın emosional reaksiyalarının, özünütənzimləmə bacarıqlarının, emosiya idarəetməsinin və sosial mühitdəki davranış xüsusiyyətlərinin peşəkar təhlili.

Sensor Profil və Həssaslıq Analizi — Səs, işıq, toxunma, hərəkət və digər ətraf mühit qıcıqlandırıcılarının uşağın sinir sisteminə, diqqətinə və davranışlarına təsirinin müəyyənləşdirilməsi.

Valideynlə Konsultasiya və Fərdi Yol Xəritəsi — Qiymətləndirmə nəticələri əsasında uşağın emosional rahatlığını, gündəlik həyatını və inkişafını dəstəkləyən fərdi tövsiyələrin təqdim edilməsi.

💳 PAKET QİYMƏTİ: 800 AZN

SOULMIND AKADEMİK BACARIQLARIN FƏRDİ QİYMƏTLƏNDİRİLMƏSİ PAKETİ

Uşağın oxu, yazı və riyaziyyat üzrə akademik potensialını, öyrənmə dinamikasını və inkişaf tələb edən sahələrini dəqiq təyin etmək üçün fərdi diaqnostik proqram.

Akademik Bacarıqların Hərtərəfli Təhlili — Uşağın oxu (anlama və sürət), yazı (qrafomotorika və ekspressiv dil) və riyazi təfəkkür (hesablama və məntiq) bacarıqlarının mütəxəssis tərəfindən ətraflı qiymətləndirilməsi.

Öyrənmə Təcrübəsi və İnkişaf Dinamikası — Uşağın təhsil mühitindəki mövcud vərdişlərinin, mənimsəmə xüsusiyyətlərinin və inkişaf mexanizmlərinin mütəxəssislə dərindən təhlil edilməsi.

Güclü və İnkişaf Tələb Edən Sahələrin Təyini — Təhsil prosesində irəliləyişə dəstək olan akademik üstünlüklərin və öyrənmədə çətinlik yaradan zəif bəndlərin dəqiq xəritələndirilməsi.

Fərdi Öyrənmə Və Dəstək Planı — Qiymətləndirmə nəticələri əsasında uşağın akademik uğurunu artırmağa yönəlmiş fərdi təhsil hədəflərinin və dəstək planının hazırlanması.

💳 PAKET QİYMƏTİ: 800 AZN

SOULMIND YETKİN ŞƏXSLƏR ÜÇÜN KOQNİTİV PERFORMANS VƏ DİQQƏT QİYMƏTLƏNDİRİLMƏSİ PAKETİ

Diqqət, planlama, təşkilatlanma və fokuslanma çətinliyi yaşayan yetkin şəxslər, universitet tələbələri, rəhbərlər və peşəkarlar üçün koqnitiv potensialı və zehni performansı ölçən kompleks diaqnostik proqram.

İntellektual və Koqnitiv Bacarıqların Analizi — Düşünmə sürəti, məlumatın emalı, işlək yaddaş və digər idrak göstəricilərinin hərtərəfli psixometrik təhlili.

Kompüter Əsaslı Diqqət Və Fokuslanma Testi — Davamlı diqqət, reaksiyaların dəqiqliyi, impulsivlik və konsentrasiya performansının obyektiv rəqəmsal ölçülməsi.

Dərinləşdirilmiş Klinik Müsahibə — Diqqət, planlama, təşkilatlanma, vaxtın idarə olunması və gündəlik funksionallığa təsir edən amillərin mütəxəssis tərəfindən dərindən araşdırılması.

Mütəxəssis İnterpretasiyası Və Konsultasiya — Test nəticələrinin peşəkar təhlili, koqnitiv güclü tərəflərin və inkişaf tələb edən sahələrin müəyyənləşdirilməsi.

Fərdi İnkişaf Və Dəstək Planı — Şəxsi ehtiyaclarınıza, iş və təhsil mühitinizə uyğun zehni performansı və gündəlik effektivliyi artıran xüsusi tövsiyələrin hazırlanması.

💳 PAKET QİYMƏTİ: 1 100 AZN

SOULMIND EMOSİONAL SAĞLAMLIQ VƏ TÜKƏNMİŞLİK CHECK-UP PAKETİ

Davamlı yorğunluq, motivasiya itkisi, stress, emosional gərginlik və yuxu problemləri yaşayan şəxslər üçün emosional balansı və psixoloji dayanıqlığı bərpa edən kompleks diaqnostik proqram.

Stress Səviyyəsinin Qiymətləndirilməsi — Gündəlik və peşəkar həyatda yaşanan stressin intensivliyinin, eləcə də əsas tetikleyici faktorların dəqiq təyini.

Emosional Tükənmişlik Analizi — Zehni və emosional yorğunluq, motivasiya itkisi və tükənmişlik (burnout) göstəricilərinin hərtərəfli təhlili.

Depressiv Əlamətlər Və Narahatlıq Skrininqi — Əhval-ruhiyyə dəyişiklikləri, daxili təşviş, həddindən artıq düşünmə (overthinking) və gündəlik funksionallığın qiymətləndirilməsi.

Psixoloqla Fərdi Klinik Müsahibə — Qiymətləndirmə nəticələrinin şəxsin həyat tərzi, iş yükü və emosional vəziyyəti kontekstində mütəxəssis tərəfindən dərindən təhlili.

Fərdi Emosional Sağlamlıq Profili Və Dəstək Planı — Psixoloji resursların və risk faktorlarının təyini, stressin idarə olunması və emosional dayanıqlığın gücləndirilməsi üçün fərdi tövsiyələrin hazırlanması.

💳 PAKET QİYMƏTİ: 1 200 AZN

 

SOULMIND MÜNASİBƏT VƏ ÜNSİYYƏT PROFİLİ PAKETİ

Münasibətlərdə tez-tez anlaşılmazlıq, konflikt və emosional gərginlik yaşayan, eləcə də öz ünsiyyət dinamikasını və davranış modelini daha dərindən anlamaq istəyən şəxslər üçün nəzərdə tutulmuş xüsusi diaqnostik proqram.

Ünsiyyət Tərzinin Qiymətləndirilməsi — Fərdin ünsiyyət vərdişlərinin, verbal və qeyri-verbal ifadə formasının, emosional ötürmə mexanizmlərinin və sosial adaptasiyasının peşəkar təhlili.

Konflikt Zamanı Davranış Analizi — Gərginlik və mübahisə anlarında ortaya çıxan davranış reaksiyalarının, müdafiə mexanizmlərinin və konfliktləri idarəetmə modellərinin araşdırılması.

Şəxsiyyət Və Emosional Reaksiya Təhlili — Şəxsiyyət xüsusiyyətlərinin, emosional həssaslığın, empati səviyyəsinin və şəxslərarası münasibətlərə təsir edən psixoloji faktorların qiymətləndirilməsi.

Psixoloqla Fərdi Klinik Müsahibə — Qiymətləndirmə nəticələrinin şəxsin sosial mühiti, şəxsi və peşəkar münasibətləri kontekstində mütəxəssis tərəfindən dərindən təhlili və interpretasiyası.

Fərdi Ünsiyyət Profili Və Tövsiyələr — Sağlam münasibətlər qurmaq, emosional balansı qorumaq və konfliktləri effektiv idarə etmək üçün fərdi inkişaf planının və praktiki tövsiyələrin hazırlanması.

💳 PAKET QİYMƏTİ: 1 500 AZN

SOULMIND KARYERA VƏ PEŞƏ UYĞUNLUĞU PAKETİ

İxtisas seçimində tərəddüd edən, karyera istiqamətini müəyyənləşdirmək və ya dəyişmək istəyən gənclər, tələbələr və peşəkarlar üçün nəzərdə tutulmuş fərdi diaqnostik proqram.

Peşə Maraqları Və Karyera Analizi — Fərdin maraq dairəsinə, bacarıqlarına və meyillərinə ən uyğun peşə istiqamətlərinin peşəkar psixometrik alətlərlə obyektiv təhlili.

Şəxsiyyət Və İş Mühiti Uyğunluğu — Şəxsiyyət tipinin, emosional xüsusiyyətlərin və fərdin potensialını maksimum göstərə biləcəyi optimal iş mühitinin müəyyənləşdirilməsi.

Güclü Tərəflər Və Potensialın Təyini — Peşəkar fəaliyyətdə uğur qazanmağa təkan verən akademik/idrakı üstünlüklərin və inkişaf etdirilməli bacarıqların dəqiq xəritələndirilməsi.

Motivasiya Və İş Dəyərlərinin Analizi — Daxili motivasiya mənbələrinin, karyera gözləntilərinin və peşəkar fəaliyyətdən məmnunluq gətirən əsas dəyərlərin qiymətləndirilməsi.

Fərdi Karyera Profili Və Yol Xəritəsi — Mütəxəssislə fərdi konsultasiya zamanı nəticələrin dərindən təhlili, gələcək təhsil/peşə addımlarını əks etdirən fərdi inkişaf planının təqdim olunması.

💳 PAKET QİYMƏTİ: 600 AZN

📍 Ünvan: Nərimanov r., Xətai pr. 15 (Şərq Bazarı) | 📞 Telefon: 070 404 88 06