XİDMƏTLƏR

K-PASS & D-CAS

Gələcəyinizi təsadüfə deyil, elmi analizə həvalə edin!

K-PASS & D-CAS

Soulmind mərkəzi Azərbaycanda ilk dəfə Cənubi Koreya təhsil sisteminin uğur sirri olan K-PASS və D-CAS koqnitiv analiz sistemlərini təqdim edir. Biz intellektual potensialınızı rəqəmsal xəritəyə çeviririk.


K-PASS Diaqnostikası (4-12 yaş uşaqlar üçün)

K-PASS uşağın beyninin işləmə mexanizmini və erkən potensialını elmi yolla müəyyən edir. Bu analiz uşağınızın dərsləri gərginliklə deyil, öz zəka növünə uyğun maraqla öyrənməsi üçün nəzərdə tutulub.

Analizin Faydaları

  • Erkən potensialın aşkarlanması: Hansı sahədə dahi ola biləcəyini öncədən görün.

  • Zəka növü: Beyni riyazi, linqvistik və ya vizual sahədə daha güclüdür?

  • Qavrama tərzi: Məlumatı ən rahat necə mənimsəyir? (Görərək, yoxsa eşidərək?)

  • Beynin emal sürəti: Məlumatı nə qədər sürətlə analiz edib nəticə çıxarır?

Proses Necə Keçir?

Övladınız təxminən 45-50 dəqiqə ərzində kompüterdə maraqlı oyun-tapşırıqlar yerinə yetirir. O, sadəcə oyun oynadığını düşünərkən, sistem onun zəka reaksiyalarını ölçür. Analiz bitdikdən 2-3 iş günü sonra sizə fərdi çalışma xəritəsi və ətraflı elmi hesabat təqdim olunur.


D-CAS Diaqnostikası (12+ yaş və böyüklər üçün)

D-CAS gənclərin intellektual potensialını analiz edərək onlara ən uyğun peşə seçimi və karyera istiqamətini müəyyən edən Cənubi Koreya texnologiyasıdır.

Analizin Faydaları

  • Peşə seçimi və karyera istiqaməti: Beynin hansı sahədə (mühəndislik, incəsənət, idarəetmə və s.) daha yüksək performans göstərdiyini üzə çıxarır.

  • İntellektual güc analizi: Beynin məlumatı emal etmə tərzi və gizli qalan güclü tərəfləri.

  • Planlama və strateji düşüncə: Gələcək hədəfləri qurarkən hansı zehni mexanizmlərin daha aktiv olduğunu müəyyən edir.

  • Fərdi inkişaf xəritəsi: Hansı ixtisasa yönəlmək və hansı sahədə ən uğurlu olmaq mümkündür?

Proses Necə Keçir?

D-CAS analizi 35-40 dəqiqə ərzində kompüter qarşısında xüsusi intellektual tapşırıqlar vasitəsilə həyata keçirilir. Analiz bitdikdən sonra gələcək karyeranızı təsadüfə deyil, elmi analizlərə əsaslanaraq qurmağınız üçün peşəkar hesabat təqdim olunur.


Rəsmi Qeydiyyat

Koreya sistemindən sizə özəl proqrama giriş kodu sifariş etməyimiz üçün aşağıdakı məlumatları təqdim etməyiniz kifayətdir:

  1. Ad və Soyad

  2. Doğum tarixi (gün/ay/il)

Məlumatları göndərdikdən sonra yeriniz rəsmiləşdirilir və sizinlə əlaqə saxlanılıb uyğun qəbul saatı təyin edilir.

Əlaqə və Ünvan

  • Ünvan: Nərimanov r., Xətai pr. 15 (Şərq Bazarı)

  • Telefon: 070 404 88 06