Haqqımızda

Missiya və Vizyon

Elm, texnologiya və şüurlu inkişafın kəsişməsində yeni nəsil psixologiya və kouçluq modeli

Missiya

Transformasiya və İnkişaf

Soulmind — psixologiya, kouçluq və təşkilati idarəetməni inteqrasiya edən multidisiplinar inkişaf ekosistemidir.

Məqsədimiz insanın zehin–bədən–ruh səviyyəsində tam transformasiyasını elmi metodlar, psixoloji data analitika və innovativ texnologiyalar vasitəsilə həyata keçirməkdir.

Psixologiya, kouçluq və idarəetmənin birləşdiyi nöqtədə ölçülə bilən, etik və elmi əsaslı inkişaf təcrübələri yaratmaq

Vizyon

Gələcəyə Baxış

Azərbaycanın insan resurslarının idarə olunması, psixologiya və kouçluq ekosistemində standartı dəyişmək, elmi və praktik biliklər arasında körpü yaratmaq.

Azərbaycanı regionda psixologiya və kouçluq üzrə elmi-etik standartların mərkəzinə çevirmək, həm fərdi, həm də korporativ səviyyədə şüurlu inkişaf mədəniyyəti formalaşdırmaq.

Elmi bilikləri yerli mədəniyyət, dəyərlər və sosial reallıqla birləşdiririk

Biz Kimik

Soulmind yalnız xidmət göstərmir — insan, elm və texnologiya arasında yeni mədəniyyət formalaşdırır

01

Elm və Etika

Hər proqram psixologiya, davranış elmi və kouçluq sahəsində beynəlxalq etik çərçivələrə əsaslanır. Nəzəri psixologiya və tətbiqi neyroelmin son nəticələri metodologiyamızın əsasını təşkil edir.

02

İnnovasiya və Texnologiya

Ənənəvi inkişaf yanaşmalarını analitika və rəqəmsal statistik platformalarla birləşdiririk. Texnologiya və elmin gücündən istifadə edirik.

03

İnsan Mərkəzlilik

Hər şeyin mərkəzində insanın öz dəyərləri, duyğuları və potensialı dayanır. Elm + Empati + Etika prinsipləri ilə fəaliyyət göstəririk.

Əməkdaşlıq və Tərəfdaşlıqlar

Beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək qlobal psixologiya və kouçluq şəbəkəsində yerimizi möhkəmləndiririk

World Coaching Organization

Soulmind, WCO ilə imzalanmış rəsmi strateji əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda “International Coaching Certification (ICC)” proqramının rəsmi təşkilatçısı və tərəfdaşıdır. Bu əməkdaşlıq çərçivəsində 2025-ci ilin dekabrında Bakıda ICC Təlimi keçiriləcək və ölkədə ilk dəfə beynəlxalq kouçluq sertifikasiyası (ICC) təqdim olunacaq. Bu əməkdaşlıq Azərbaycan üçün beynəlxalq kouçluq təcrübəsinə birbaşa çıxış imkanı yaradır və ölkənin qlobal inkişaf arenasında mövqeyini gücləndirir.

European Mentoring & Coaching Council

Soulmind komandasının üzvləri və rəhbər heyət EMCC Global üzvlük statusuna malikdir. Bu əlaqə bizə etik kodeks, peşəkar kouçluq standartları və davamlı inkişaf çərçivəsi ilə işləməyə imkan yaradır. EMCC üzvlüyü həm təşkilati keyfiyyətin, həm də fərdi peşəkarlığın göstəricisidir və hər iki səviyyədə peşəkar dəyər yaradır. Bu standartlar bizim gündəlik fəaliyyətlərimizə, təlim və kouçluq sessiyalarımıza inteqrasiya olunur. * * EMCC (European Mentoring and Coaching Council) — Avropa Kouçluq və Mentorinq Şurasıdır. Soulmind komanda üzvləri EMCC-nin Qlobal Etika Məcəlləsinə riayət etmək öhdəliyi götürüblər.

American Psychological Association

Soulmind psixoloqları və rəhbər heyət APA-nın (American Psychological Association) beynəlxalq üzvləridir. Bu üzvlük bizə psixoloji elmin ən son tədqiqatlarına çıxış, davranış etikası və elmi keyfiyyətə əsaslanan fəaliyyət təmin edir.

International Association of Applied Psychology

Soulmind komandası və rəhbərlik IAAP üzvüdür — bu təşkilat tətbiqi psixologiya və elmi innovasiyalar sahəsində dünyanın aparıcı institutlarındandır. Bu əməkdaşlıq çərçivəsində Soulmind psixoloji praktikaların elmi əsaslarını və tədqiqat yönümlü yanaşmanı gücləndirir.

Association of Certified Fraud Examiners

Üzvlük statusuna malik olan Soulmind komandası beynəlxalq səviyyədə qəbul edilmiş etik davranış prinsipləri, risk və sui-istifadə halları üzrə peşəkar diaqnostika standartları,, şəffaf idarəetmə modeli və məsuliyyətli qərarvermə çərçivəsi ilə fəaliyyət göstərir.

Komandamız

Səidə Xanəlizadə

Səidə Xanəlizadə

Baş Əməliyyatlar üzrə Menecer
COO

Ən böyük vizyonlar belə, yalnız qüsursuz icra və doğru sistemlərlə reallığa çevrilir.

Mahir Fətiyev

Mahir Fətiyev

Tədqiqatçı Psixoloq
Research Psychologist

Hər bir davranışın arxasında kəşf olunmağı gözləyən bir həqiqət gizlənir.

Nərmin Nağıyeva

Nərmin Nağıyeva

Baş İcraçı Direktor
CEO

Uğurun açarı güclü sistemdir,çünki ən güclü komanda belə sistemsiz irəliləyə bilməz.

Fidan Qarayeva

Fidan Qarayeva

HR Manager
HR Manager

Şirkətin ən böyük dəyəri rəqəmlər deyil, o rəqəmləri yaradan insanların potensialıdır.

Ceyhun Bəbirzadə

Ceyhun Bəbirzadə

Layihə Meneceri
Project Manager

Hər bir yeni layihə peşəkar bilik və bacarıqların nümayişi üçün yaradılan yeni bir fürsətdir.

Leyla Abdullayeva

Leyla Abdullayeva

Klinik Psixoloq
Clinical Psychologist

Zərif bir toxunuşla ruhun yaralarını sağaltmaq və hər bir qaranlıqdan yeni bir işıq çıxarmaq mümkündür.

Ülkər Həmidli

Ülkər Həmidli

Tədbirlərin Təşkili üzrə Menecer
Event Manager

Bizim işimiz ən xırda detallardan böyük hekayələr yaratmaq və unudulmaz anları mükəmməlliklə idarə etməkdir.

Lalə Nağıyeva

Lalə Nağıyeva

İnsan Resursları üzrə Mütəxəssis
HR SPECİALİST

Bizim missiyamız sadəcə vakansiyaları doldurmaq deyil, düzgün insanlarla şirkətin gələcəyini bir araya gətirməkdir

Günay Əsədzadə

Günay Əsədzadə

Klinik Psixoloq
Clinical Psychologist

Bizim işimiz sadəcə yaraları sarımaq deyil, insanın öz daxili gücü ilə yenidən tanış olmasına və həyatı daha mənalı yaşamasına bələdçilik etməkdir.

Afər Babayeva

Afər Babayeva

Psixoloq
Psychologist

Psixoterapiya sadəcə sağalmaq deyil, insanın öz həqiqəti ilə barışaraq yenidən doğulmasıdır.

Esmira Axundova

Esmira Axundova

İCF Sertifikatlı Kouç
ICF Certified Coach

Koçluq sadəcə sual vermək deyil, ICF etikası və dərin dinləmə bacarığı ilə fərdin öz həqiqətinə gedən yolu işıqlandırmaq sənətidir.

Qalereya

Soulmind tədbirləri, təlimlər və transformasiya anlarından görüntülər