Proqramın Məqsədi
Soulmind komandası tərəfindən hazırlanmış bu proqram, insanın gündəlik həyatda qarşılaşdığı emosional gərginlik və psixoloji yüklənməni elmi əsaslarla idarə etməyə yönəlib. Məqsəd stress mənbələrini dərk etmək və bədən-zehin reaksiyalarını idarə etməyi öyrənməkdir.
Elmi Yanaşma
Proqram IAAP, WHO və EFPA tərəfindən aparılan elmi araşdırmalar və etik prinsiplər əsasında formalaşdırılıb. Sessiyalar emosional sabitliyin bərpası və daxili balansın möhkəmləndirilməsi üzərində qurulur.