VR Learning

Soulmind və FeelGood Korea Arasında Strateji Əməkdaşlıq Memorandumu İmzalandı

19 fevral 2026
Seouel,South Korea

Rəqəmsal psixologiya, psixometriya və data analitikası sahəsində innovativ həlləri ilə seçilən Soulmind şirkəti beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə və qlobal texnoloji təcrübəni yerli ekosistemə inteqrasiya etməyə devam edir. Bu istiqamətdə növbəti mühüm addım olaraq, Soulmind ilə Cənubi Koreyanın rəqəmsal psixoloji diaqnostika və rəqəmsal səhiyyə texnologiyaları üzrə aparıcı brendlərindən biri olan FeelGood Korea şirkəti arasında rəsmi Strateji Əməkdaşlıq Memorandumu (MOU) imzalanmışdır.

Cənubi Koreya dünyada süni intellekt, neyro-texnologiyalar və rəqəmsal diaqnostika alətlərinin klinik və psixoloji sahəyə inteqrasiyasına görə öncül ölkələrdən biridir. Bu əməkdaşlıq çərçivəsində tərəflər psixoloji qiymətləndirmə mexanizmlərini daha obyektiv, ölçülə bilən və beynəlxalq standartlara tam uyğun formaya gətirmək üçün birgə layihələr icra edəcəklər.


Strateji Tərəfdaşlığın Əsas İstiqamətləri:

  • Data Əsaslı Psixometrik Modellərin Tətbiqi: Klassik və subyektiv qiymətləndirmə metodlarından uzaqlaşaraq, böyük data (Big Data) alqoritmləri və obyektiv göstəricilərə əsaslanan rəqəmsal diaqnostik modellərin tətbiq edilməsi.

  • Beynəlxalq Standartlaşdırma Və Adaptasiya: İstifadə olunan psixoloji testlərin, koqnitiv qiymətləndirmə alətlərinin və diaqnostik sistemlərin qlobal metodoloji standartlara tam uyğunlaşdırılması.

  • Rəqəmsal Neyro-Diaqnostik Həllərin İnteqrasiyası: Cənubi Koreyanın qabaqcıl rəqəmsal texnologiya təcrübəsini yerli bazara gətirərək həm fərdi müştərilərə, həm də korporativ sektora daha dəqiq analitik hesabatların və inkişaf xəritələrinin təqdim olunması.

  • Tədqiqat Və Inkişaf (R&D) Layihələri: Psixometriya, koqnitiv inkişaf və neyro-təlim sahələrində birgə elmi-praktik tədqiqatların aparılması və yeni rəqəmsal həllərin işlənilməsi.

Bu strateji tərəfdaşlıq Soulmind-in elm, data və müasir texnologiyanı sintez edən innovativ yanaşmasını daha da gücləndirir. İmzalanan memorandum regionda rəqəmsal psixologiya və psixometriya sahəsində tamamilə yeni Keyfiyyət Standartlarının bərqərar olunmasına xidmət edəcəkdir.