Süni İntellekt: Beynin Köməkçisi, yoxsa Əvəzləyicisi?

element element element element
Süni İntellekt: Beynin Köməkçisi, yoxsa Əvəzləyicisi?

Süni İntellekt: Beynin Köməkçisi, yoxsa Əvəzləyicisi?

Biz ondan mətnlərlə işləyərkən, informasiya axtarışında, məlumatların təhlilində, planlaşdırmada və hətta şəxsi mülahizələrimizdə istifadə edirik. Getdikcə insan sadəcə hazır cavab axtarmır, o, süni intellektlə müzakirə aparır, ifadələrini dəqiqləşdirir və qərarlarını alqoritmlərin dəstəyi ilə verir. 
Bu fonda vacib bir sual ortaya çıxır: Süni intellektdən müntəzəm istifadə insan beyninin fəaliyyətinə və koqnitiv proseslərinə necə təsir edir? Burada söhbət süni intellektin insanı “daha ağıllı”
 və ya “daha zəif” etməsindən deyil, məhz düşüncənin strukturunda hansı dəyişikliklərin baş verdiyindən gedir. 

Niyə Süni İntellekt Sadəcə Növbəti Alət Deyil? 
Texnologiyalar hər zaman insan təfəkkürünə təsir göstərib. Yazının yaranması məlumatı yadda saxlamaq ehtiyacını azaltdı, çap olunmuş kitablar təhsil formasını dəyişdi, 
kalkulyatorlar bizi mürəkkəb hesablamalardan azad etdi, internet isə faktları əzbərləmək zərurətini minimuma endirdi. 

Lakin süni intellekt bu alətlərdən onunla fərqlənir ki, o, təkcə məlumatı saxlamır və ya ötürmür, həm də onun işlənməsində aktiv iştirak edir: cavablar formalaşdırır, nəticələr təklif edir və düşüncələri strukturlaşdırır. 
Nəticədə zehni fəaliyyətin bir hissəsi birbaşa insan tərəfindən deyil, insan və sistem arasındakı qarşılıqlı əlaqə vasitəsilə həyata keçirilir. 

Süni İntellektə Hansı Funksiyaları Həvalə Edirik? 
Tədqiqatlar göstərir ki, süni intellektdən müntəzəm istifadə zamanı insanlar getdikcə daha çox aşağıdakı funksiyaları ona etibar edirlər: 

  1. Mürəkkəb fikirlərin formalaşdırılması; 

  2. İnformasiyanın ilkin təhlili; 

  3. Böyük məlumat həcmlərinin ümumiləşdirilməsi; 

  4. Həll variantlarının yaradılması. 

    Bu, düşüncənin xarakterini dəyişir: İnsan getdikcə daha çox hazır variantları qiymətləndirmək və redaktə etməklə məşğul olur, nəinki həlli tamamilə müstəqil şəkildə qurur. 

Davranış Tədqiqatları: Düşüncəyə və Yaddaşa Təsir 
Rəqəmsal alətlərin yaddaşa təsirini göstərən ilk mühüm tədqiqatlardan biri 2011-ci ildə psixoloqlar Betsi Sparrou, Cenni Liu və Daniel Vegner tərəfindən aparılıb. Bu araşdırma sübut etdi ki, əgər insanlar məlumatı texnologiyalar vasitəsilə asanlıqla əldə edə biləcəklərini bilirlərsə,
 həmin məlumatın özünü daha zəif yadda saxlayırlar. Məlumatın məzmunu əvəzinə, onun harada və necə tapılacağını daha yaxşı xatırlayırlar. 

Bu fenomen “rəqəmsal yaddaş yerdəyişməsi” adını aldı və süni intellektin idrak proseslərinə təsirini anlamaq üçün vacib baza yaratdı: İnsan daxili yaddaş resurslarına deyil,
 xarici mənbəyə daha çox güvənməyə başlayır. 

Elektroensefaloqramma ilə Eksperiment: Beyində Nə Baş Verir? 
Xüsusi maraq doğuran araşdırmalardan biri 2024 cü ildə Massaçusets Texnologiya İnstitutunda Nataliya Kosmınanın rəhbərliyi ilə aparılıb. Massaçusets Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, süni intellektdən istifadə neyron aktivliyinə,
 yaddaşa və yaradıcılığa mənfi təsir göstərə bilər. 

Süni intellekt sistemlərindən daimi hazır cavablar axtardıqda beyində “koqnitiv borc” adlanan vəziyyət yaranır. İnsan müstəqil düşünməkdən imtina edərək hazır cavabları süni intellektdən alır. Bu zaman alınan cavabın məhz niyə belə olduğu barədə real dərketmə baş vermir — belə çıxır ki, insan intellektual məhsulu süni intellekt sistemlərindən müvəqqəti olaraq “borc alır”. 
Bununla da bitmir: Koqnitiv borc toplandıqca LLM (böyük dil modelləri) sistemlərindən asılılıq yaranır. Alimlər esse yazılması zamanı beyin aktivliyini ölçmək üçün eksperiment keçiriblər: 

  1. Tamamilə öz gücü ilə yazmaq; 
  2. Google-dan istifadə etməklə yazmaq; 
  3. Əvvəldən süni intellektdən istifadə etmək; 
  4. Əvvəlcə öz gücü ilə, sonra süni intellektin köməyi ilə yazmaq. 

Məlum olub ki, maksimal beyin aktivliyi heç bir köməkçi vasitədən istifadə etməyənlərdə müşahidə edilib. 
Tapşırığı birbaşa süni intellektlə icra edənlərin beyni isə ən passiv vəziyyətdə olub — iştirakçıların yalnız 78%-i esse daxilində nə yazdıqlarını sonradan xatırlaya bilib. 

Elektroensefaloqramma vasitəsilə əldə edilən nəticələr göstərib ki, süni intellektdən aktiv istifadə zamanı: 

  1. Davamlı diqqət və müstəqil informasiya emalı ilə bağlı olan sahələrdə aktivlik azalır; 

  2. Hazır cavabların nəzarəti və qiymətləndirilməsi ilə bağlı sahələrdə aktivlik artır. 

    Müəlliflər qeyd edirlər ki, bu, “intellektin azalması” demək deyil. Beyin aktiv fəaliyyətini davam etdirir, lakin zehni səylərin paylanması dəyişir:
     Fikrin formalaşdırılmasına daha az, onun yoxlanılmasına isə daha çox resurs sərf olunur. 

Koqnitiv Yükün Ötürülməsi: İtki deyil, İstiqamət Dəyişikliyi 
Psixologiya bu prosesi zehni əməliyyatların bir hissəsinin xarici vasitələrə ötürülməsikimi xarakterizə edir. 
Oxşar effektlər əvvəllər naviqatorlar və ya daimi rəqəmsal ipuclarından istifadə zamanı da görülmüşdü.
Süni intellekt bu effekti daha da gücləndirir, çünki o, təkcə köməkçi deyil, həm də analitik funksiyaları yerinə yetirə bilir. 
Bu, düşüncənin yox olması demək deyil. Düşüncə sadəcə formasını dəyişir: İnsan uzunmüddətli analiz mərhələsində deyil, daha çox qiymətləndirmə və qərar qəbulu mərhələsində prosesə qoşulur. 

Hansı Hallarda Risklər Daha Yüksəkdir? 
Tədqiqatçılar aşağıdakı qrupların daha həssas olduğunu vurğulayırlar: 

  1. Koqnitiv bacarıqları hələ formalaşmaqda olan uşaqlar və yeniyetmələr; 

  2. Təhsil alan insanlar; 

  3. Düşüncə və analizin əsas iş aləti olduğu peşə sahibləri. 

    Müstəqil analizin daimi olaraq hazır cavablarla əvəzlənməsi, dərindən konsentrasiya olmaq bacarığının daha az istifadə edilməsinə gətirib çıxara bilər. 

Süni İntellekt: Əvəzləyici deyil, Köməkçidir 
Bununla yanaşı, araşdırmalar göstərir ki, şüurlu istifadə edildikdə süni intellekt: 

  1. Fikirləri strukturlaşdırmağa kömək edir; 

  2. İnformasiya ilə işi sürətləndirir; 

  3. Düzgün sual vermək bacarığını inkişaf etdirir; 

  4. Mürəkkəb mövzuların dərkini gücləndirir. 

    Burada əsas amil insanın aktiv mövqedə qalmasıdır. 

Son Söz  
Süni intellekt düşüncəni məhv etmir və insan zəkasını əvəzləmir.
O, koqnitiv prosesləri yenidən qurur, diqqəti fikrin müstəqil yaradılmasından onun qiymətləndirilməsinə və redaktə olunmasına yönəldir. 

Qızıl orta süni intellekti öz koqnitiv səylərimizin əvəzləyicisi kimi deyil, onlara dəstək verən bir alət kimi istifadə etməkdir. 
Hazır cavabların saniyələr içində əlçatan olduğu bir dünyada düşüncənin dərinliyini qorumağın yeganə yolu məhz bu yanaşmadır.